Xəbər lenti
Dünyanın diqqətində olan qırmızı gözəllər və ya susuzluğun yaratdığı cazibə - FOTO
Tanınmış fotoqraf Aleqra Elli dünyanın gözdən uzaq olan qəbilələri arasında 4 il yaşayıb. O, bu qəbilələrin adət-ənənələrini, həyat tərzini izləyərək maraqlı məqamları lentə alıb. Bunların arasında Ximba qəbiləsi xüsusilə seçilir. Bu qəbilənin qızları gözəlliyi və baxımlılığı ilə fərqlənirlər. Qonşu qəbilələrin kişiləri onlarla evlənmək üçün can atırlar. Amma bütün gözəllər kimi Ximba qızları da seçicidirlər.
Namibiyanın şimal hissəsində yaşayan bu qəbilə su tapmaqda çətinlik çəkdiyi üçün qadınlar bədənlərini təmiz və gözəl saxlamaq üçün qırmızı rəng verən yağdan istifadə edirlər. Hər gün bəzənib-düzənən bu gözəllər həm də yaxşı ailə başçısı və bacarıqlı xanımlar olurlar. Artıq dünya fotoqrafları, hətta modelyerləri belə bu qızların izinə düşüblər. Amma onlar öz torpaqlarından və adətlərindən uzaqlaşmaq istəmirlər.
Bu qəbilədə qadınlara aid hər şey bayram kimi qeyd olunur. Məsələn, menstrual dövrə keçmiş qız uşaqlarının bu keçidini bayram edir, müxtəlif ətirli çubuqlar yandırırlar. Evli qadınları subaylardan fərqləndirmək üçün birincilərin başına dəridən tac qoyurlar. Ayaqlarına taxdıqları xalxallar həm gözəllik verir, həm də onları həşəratların dişləməsindən qoruyur. Qızın anası öləndə o, sol ayağındakı xalxalı matəm rəmzi olaraq çıxarır.
Ximba gözəllərinin bir-birindən maraqlı fotoları
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar