Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəxsiyyət vəsiqəsində qan qrupu təhlükəsi - XƏBƏRDARLIQ

Tarix: 13-04-2018 19:37     Baxış: 3384 A- / A+
Şəxsiyyət vəsiqəsində qan qrupu təhlükəsi - XƏBƏRDARLIQ


"Şəxsiyyət vəsiqəsində qeyd edilən qan qrupumuz sənəd aldığımız zaman səyyar olaraq təyin olunmuş qan qruplarıdır. Bu qan qrupları adətən anti-qlobulin zərdabları ilə təyin olunur və onlar tam olaraq düzgün olmaya bilər”.

Manevr.az xəbər verir ki, bunu lent.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elçi işçisi Mahmud Mahmudov deyib.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsində yazılan qan qrupuna güvənmək olmaz: "Bəzi insanların qanında müəyyən antitellər olur ki, o antitellərə qarşı da yalançı reaksiyalar olur. Bu yalançı reaksiyalar gələcəkdə bizə qan köçürülmə zamanı təhlükə yarada bilər. Ona görə də heç bir halda qan köçürülməsinə qərar verildiyi zaman şəxsiyyət vəsiqəsindəki qan qruplarına tam güvənmək düzgün deyil. Ancaq təxirə salınmaz tibbi yardıma ehtiyac olduğu halda xəstəyə təcili qan köçürülməlidirsə, o halda xəstənin şəxsiyyət vəsiqəsindəki qan qrupu nəzərə alınmalıdır”.

Mütəxəssis qeyd edir ki, qan qrupunun düzgün təyin edilməsi immunoloji laboratoriyada ixtisaslaşmış həkim-laborant tərəfindən aparılmalıdır:
"Eyni zamanda xüsusi reaktivlər və avadanlıqlar olmalıdır. Lazım olarsa, mikroskop, lupa altında baxmaq lazımdır. Qan qrupu köçürüldüyü zaman onu köçürən həkim məsuliyyət daşıdığına görə hətta laboratoriyanın verdiyi qrupa da inanmamalıdır. Çünki qan laboratoriyaya təqdim edildikdə probirkalar səhv salına bilər. Buna görə də xəstəyə qan köçürüləcəyi zaman xəstənin yatağının yanında ona qan köçürəcək həkim xəstənin qan qrupunu təkrar yoxlamalı və əmin olmalıdır”.

M. Mahmudov xəstənin qan qrupunun şəxsiyyət vəsiqəsi ilə uyğun gəlmədiyi hallarına rast gəldiyini bildirir:
"Müəyyən müstəsna halları nəzərə alsaq, belə bir şeylər olur. Bunun səbəbi də texnikidir. Bir də müəyyən insanlarda qan qrupunu təyin etmək çətinlik yaradır. Belə insanların qan qrupu mütləq ixtisaslaşmış laboratoriyada aparılmalıdır. İmmunitet, onkoloji və vərəm xəstələrində, revmatizması olan insanlarda yalançı aqlüsinasiya deyilən hallar müşahidə olunur ki, bu da səhv qrupun təyin edilməsinə bilavasitə səbəb ola bilir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar