Xəbər lenti
Ölmüş anasının pensiyasını almaq üçün meyitini 3 il görün harada saxladı
Hindistanda insanları dəhşətə gətirəcək daha bir hadisə baş verib. Bu ölkənin vətəndaşlarından biri anasının ölmüş bədənindən ayrılmaq istəməyib: onu yandırmaq və dəfn etmək üsullarından imtina edərək saxlamaq qərarına gəlib.
Belə ki, Hindistanın Kəlküttə şəhərində yaşayan Subhabrata Majumdar 2015-ci ildə ölən anasını kimyəvi maddələrlə mumiyalayaraq evinin zirzəmisində böyük bir soyuducuda saxlayıb. Ən dəhşətlisi də odur ki, bu manyaklamış insan anasını bədənini hissələrə ayıraraq saxlayırmış.
Yerli polis orqanlarına anonim zəngdən sonra evdə axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları dəhşətə gəliblər: “Qadının cəsədini böyük soyuducudan tapdıq, bədənin hissələri bəzi kimyəvi maddələrlə qorunurmuş”. Soyuducuda bədənin müxtəlif parçalarının yerləşdirildiyi qabların da olduğunu qeyd edən polis dəri emalı sahəsində işləyən şübhəlinin meyiti mumiyalamaq üçün lazım olan kimyəvi maddələri də məhz oradan əldə edib.
Polisin verdiyi ilkin məlumatlara görə, guya S. Majumdar meyidin mühafizə ediləcəyi təqdirdə anasının yenidən doğulacağına inanırmış: “Onun evindən cansız bədənin mühafizə edilməsinə dair jurnallar və yenidən yaradılış haqqqında yazılmış kitablar tapdıq”.
Lakin polisin qısa araşdırmasından məlum olub ki, 3 il müddətində şübhəli şəxsin ölünü gizlətməsinin əsl səbəbi təqaüdçü anasının pensiyasını almaq olub: “Majumdarın həm anası, həm də atası təqaüdçüdürlər və aylıq pensiya alırlar. Təbii ki, bu pensiya, həmin şəxs vəfat etdikdə dayandırılır. Ölümündən bu günə qədər qadının hesabından müntəzəm olaraq pul götürülməsini təsbit etdik. Şübhəli hesabdan pul çəkmək üçün onun kartından istifadə edib”.
Qeyd edək ki, şübhəli şəxsin atası da istintaqa cəlb olunub.biİmyolinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar