Sizin Reklam Burada
Xəbər lenti
28-11-2026
27-11-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Şəhər İcra Hakimiyyəti 396 min manatlıq zibil konteyneri alır

Tarix: 28-11-2026 16:39     Baxış: 422 A- / A+
Sumqayıt Şəhər İcra Hakimiyyəti məişət tullantılarının yerləşdirilməsi üçün müasir tipli plastik konteynerlərin satın alınması ilə bağlı tenderə yekun vurub.
Manevr.az xəbər verir ki, tenderin qalibi “İSE Management” MMC seçilib. Şirkətlə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 396 716 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “İSE Management” MMC 2018-ci ildə qeydiyyata alınıb. Şirkət yaradılarkən onun nizamnamə kapitalı 100 manat olub. Sonrakı dövrdə bu məbləğ 80 278 manata qədər artırılıb.
2026-cı ilin oktyabrında şirkətin nizamnamə kapitalı 415 278 manata çatıb. Növbəti ay isə bu məbləğ 87 178 manata qədər azaldılıb.
“İSE Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 71, mənzil 3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Emil İsrafil oğludur.
Açıq mənbələrdə Emil Əliyev haqqında hər hansı məlumata rast gəlinmir.qaynarinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar