Şimali Kipr Türk Respublikasında avqustun 30-da Girnə sahillərində 28 nəfərin ölümü ilə nəticələnən “Filo Jet” gəmi faciəsi ilə bağlı məhkəmə prosesi davam edir.
Manevr.az xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 9 nəfər 14-cü dəfə hakim qarşısına çıxarılıb. Onlardan ikisi Azərbaycan vətəndaşıdır.
Polis müfəttişi Mehmet Mannaş istintaqın tamamlandığını və bütün təqsirləndirilən şəxslərin qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunacağını bildirib.
Məhkəməyə faciədən sağ çıxan 6 nəfərin ifadələri, ekspert rəyləri və videogörüntülər daxil olmaqla 27 sübut təqdim edilib.
İstintaq zamanı gəminin səfərlərində fasilə yaranmaması üçün yararsız materiallarla təmir edildiyi müəyyənləşdirilib. Belə ki, təmir zamanı 400 lirəyə alınmış suya davamlı yapışqandan istifadə olunub. Bundan sonra gəmi 79 səfər həyata keçirib.
Azərbaycan vətəndaşı olan iki təqsirləndirilən şəxsin Türkiyə və Şimali Kiprdə gəmidə yaşadığı bildirilib.
Təxminən 9,5 saat davam edən prosesin sonunda məhkəmə 9 nəfərin həbsdə saxlanılması barədə qərar verib. Polisin onların 3 ay müddətinə həbsxanaya göndərilməsi ilə bağlı vəsatəti üzrə qərar isə hələ açıqlanmayıb.lent.az
Xəbər lenti
Türkiyədəki gəmi faciəsinə görə tutulan azərbaycanlılar qəsdən adam öldürməkdə ittiham olunur

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































