Xəbər lenti
Ehtiram Fərzəlibəyov vəzifədən getdi

Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasında rəhbər dəyişikliyi baş verib.
Manevr.az Yurdmedia-ya istinadən xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayev təyin olunub.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Araş" firmasının nizamnamə kapitalı 100 manatdır.
Şirkət mütəmadi olaraq dövlət qurumlarının iri satınalmalarında qalib olur. Belə ki, son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə milyonluq müqavilələr imzalanıb.
Ehtiram Fərzəlibəyov həmçinin Azərbaycanda tanınmış kulinar, food və travel bloqerdir. O, müxtəlif ölkələrin mətbəxi, restoranlar və səyahətlər haqqında sosial şəbəkələrdə paylaşımlar edir.
O, həmçinin kulinariya mövzusunda kitabların müəllifidir və beynəlxalq mediada Azərbaycan mətbəxinin təbliği ilə bağlı materiallarda yer alıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































