Sizin Reklam Burada
Xəbər lenti
16-11-2026
15-11-2026
BÜTÜN XƏBƏRLƏR

Könül Həmzəyeva məhkəmədə dindirildi

Tarix: 17-11-2026 11:05     Baxış: 330 A- / A+
Könül Həmzəyeva məhkəmədə DİNDİRİLDİ“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Manevr.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Könül Həmzəyeva dindirilib.
Məhkəmə zamanı Könül Həmzəyevanın ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə səsləndirdiyi fikirlər arasında ziddiyyətlər müəyyən edilib.
Təqsirləndirilən şəxsin müdafiə tərəfinin vəsatəti əsasında zərərçəkmişin ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan olunub.
Məlum olub ki, Könül Həmzəyeva ilkin ifadəsində ona 260 min manat ziyan dəydiyini bildirsə də, sonradan bu məbləği 300 min manat olaraq göstərib.
Zərərçəkmiş məbləğlər arasındakı fərqə aydınlıq gətirib:
“Sonradan əlavə məbləğlər də ortaya çıxdığı üçün həmin sənədləri və məlumatları istintaqa təhvil vermişəm. Ziyanın ümumi həcmi sonradan dəqiqləşib”.
Məhkəmənin növbəti iclası dekabrın 1-i saat 09:30-a təyin olunub.
Qeyd edək ki, “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva salonunun təmiri üçün Röyal Masiyevə pul verdiyini, lakin sonradan onun tərəfindən aldadıldığını iddia edir.
Könül Həmzəyevanın iddiasına görə, Röyal Masiyev ona 300 min 706 manat ödəməli olsa da, həmin məbləği qaytarmayıb.
Bundan sonra salon rəhbəri Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Röyal Masiyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar