Sizin Reklam Burada
Xəbər lenti
16-11-2026
15-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə torpaqları satışa çıxarılır - SİYAHI

Tarix: 16-11-2026 18:39     Baxış: 331 A- / A+
Azərbaycanda dekabrın 16-da müxtəlif rayon və şəhərlərdə yerləşən torpaq sahələrinin satışı və icarəyə verilməsi üzrə hərraclar keçiriləcək.
Manevr.az FED.az-a istinadla xəbər verir ki, bu barədə torpaq müsabiqə və hərraclarının keçirilməsi ilə bağlı açıqlanan elanda bildirilib.
Hərraclar 2026-cı il dekabrın 16-da saat 15:00-da baş tutacaq. İştirak üçün ərizələr noyabrın 16-dan dekabrın 14-dək qəbul edilir. Torpaq sahələri Xızı, Siyəzən, Sabirabad, Mingəçevir, Astara, Kürdəmir, Qazax, Qusar, Şabran və Xaçmaz ərazilərində yerləşir.
Hərraca çıxarılan torpaqların bir hissəsi satış, digər hissəsi isə 15 il müddətinə icarə məqsədi daşıyır. Sahələr fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin tikintisi, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq, eləcə də futbol meydançasının inşası üçün nəzərdə tutulub.
Satışa çıxarılan torpaq sahələri arasında Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən 875 kvadratmetrlik sahə var. Nasosxana binasının tikintisi üçün nəzərdə tutulan bu torpağın ilkin qiyməti 14 280 manat, hərrac addımı isə 714 manat müəyyən edilib.
Siyəzən rayonunun Orta Calğan kəndində fərdi yaşayış evinin tikintisi üçün 1 200 kvadratmetr torpaq sahəsi satışa çıxarılıb. Sahənin ilkin qiyməti 8 724 manat, hərrac addımı 436 manatdır.
Sabirabad rayonunun Həşimxanlı kəndində sahibkarlıq məqsədilə 200 kvadratmetr torpaq sahəsi də satılacaq. Onun ilkin qiyməti 10 000 manat, hərrac addımı isə 1 000 manat təşkil edir. Qazax rayonunun Daş Salahlı kəndində sahibkarlıq məqsədilə ayrılmış 460 kvadratmetrlik sahənin ilkin qiyməti 13 500 manat, hərrac addımı 300 manatdır.
Xaçmaz rayonunun Əzizli kəndində fərdi yaşayış evi tikintisi üçün hər birinin sahəsi 1 200 kvadratmetr olan iki torpaq sahəsi satışa çıxarılıb. Hər iki sahənin ilkin qiyməti 8 160 manat, hərrac addımı 408 manat müəyyən edilib. İstisu qəsəbəsində isə fərdi yaşayış evi tikintisi üçün 93 kvadratmetr torpaq sahəsinin ilkin qiyməti 2 790 manat, hərrac addımı 140 manatdır.
İcarəyə veriləcək torpaqların qiymətləri illik əsasda müəyyənləşdirilib. Belə ki, Qusar şəhərində futbol meydançasının tikintisi üçün 1 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə təklif olunur. Sahənin bir illik ilkin icarə haqqı 1 500 manat, hərrac addımı 150 manatdır.
Ən böyük torpaq sahəsi Qusar rayonunun Yuxarı Tahircal kəndində yerləşir. Heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə veriləcək 30 hektar örüş sahəsinin bir illik ilkin icarə haqqı 1 650 manat, hərrac addımı 165 manatdır.
Sabirabad rayonunun Qaraqaşlı kəndində heyvandarlıq üçün 11,81 hektar, 13,24 hektar və 23,9 hektar olmaqla üç torpaq sahəsi icarəyə çıxarılıb. Onların illik ilkin icarə haqları müvafiq olaraq 1 441 manat, 1 615 manat və 2 915 manatdır. Hərrac addımları isə 144, 161 və 292 manat təşkil edir.
Həmin rayonun Kovlar kəndində 15,2 hektar örüş sahəsinin illik ilkin icarə haqqı 1 854 manat, hərrac addımı 185 manatdır. Axısxa kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 hektar torpaq sahəsi illik 400 manata, heyvandarlıq üçün 3,43 hektar sahə isə illik 418 manata icarəyə təklif olunur.
Digər ərazilərdə də kənd təsərrüfatı təyinatlı torpaqlar hərraca çıxarılıb. Mingəçevir şəhərində 3,4 hektar sahənin illik ilkin icarə haqqı 520 manat, Astara rayonunun Ərçivan qəsəbəsində 5 100 kvadratmetr sahənin illik icarə haqqı 102 manat müəyyən edilib. Kürdəmir rayonunun Qarasaqqal kəndində 5,12 hektar torpaq sahəsi üçün illik ilkin icarə haqqı 768 manatdır.
Şabran rayonunda isə Gəndob, Zağlı, Düz Bilici, Pirəbədil və Xəlfələr kəndlərində müxtəlif təyinatlı torpaq sahələri icarəyə veriləcək. Sahələrin ölçüləri 2 hektardan 18,5 hektaradək, illik ilkin icarə haqları isə 202 manatdan 1 905 manatadək dəyişir.
Torpaq sahələrinin ilkin qiymətləri və digər şərtlərlə bağlı ətraflı məlumat almaq, eləcə də torpaq sahələri və müqavilə layihələri ilə tanış olmaq üçün iştirakçılar müvafiq ərazi şöbələrinə müraciət edə bilərlər. Tanışlıq üçün son tarix 15 dekabr 2026-cı ildir.
Hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq regional ərazi şöbələrində keçiriləcək.
Hərraca çıxarılacaq torpaqların siyahısını təqdim edirik:
Sıra № siTorpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (bələdiyyə)Müsabiqə və ya hərracMüsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonuMüsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanıSahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir (icarə ili)Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı (manatla)Hansı məqsəd üçün satılır və ya icarəyə verilirKateqoriya, uqodiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zonaTorpaq üzərində hüququ təsdiq edən sənədin nömrəsi, çıxarışın nömrəsi və tarixi
1Xızı rayonu Giləzi Bələdiyyəsi (Giləzi qəsəbəsi)HərracƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 9715 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi875 kv.m Satılır14280.00 714.00Nasosxana binasının tikintisiYaşayış məntəqələrinin torpaqları306012000836
2Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Orta Calğan kəndi)HərracƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 9715 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi1200 kv.m Satılır8724.00 436.00Fərdi yaşayış eviYaşayış məntəqələrinin torpaqları305012001777
3Siyəzən rayonu Yenikənd Bələdiyyəsi (Kolanı kəndi)HərracƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 9715 dekabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi5.4 ha İcarə (15 il)594.00 28.00Kənd təsərrüfatı məhsullarının istehsalıKənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Əkin305012001779
4Sabirabad rayonu Güdəcühür Bələdiyyəsi (Həşimxanlı kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi200 kv.m Satılır10000.00 1000.00SahibkarlıqYaşayış məntəqələrinin torpaqları909012002141
5Sabirabad rayonu Güdəcühür Bələdiyyəsi (Həşimxanlı kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi2 ha İcarə (15 il)590.00 59.00Kənd təsərrüfatı məhsullarının istehsalıEhtiyat fondu torpaqları III qrup Bonitet balı 59 Əkin909012002170
6Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi11.81 ha İcarə (15 il)1441.00 144.00Kənd təsərrüfatı (Heyvandarlıq)Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş909012002194
7Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi13.24 ha İcarə (15 il)1615.00 161.00Kənd təsərrüfatı (Heyvandarlıq)Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş909012002134
8Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Qaraqaşlı kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi23.90 ha İcarə (15 il)2915.00 292.00Kənd təsərrüfatı (Heyvandarlıq)Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 49 Örüş909012002195
9Sabirabad rayonu Quruzma Bələdiyyəsi (Kovlar kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi15.20 ha İcarə (15 il)1854.00 185.00Kənd təsərrüfatı (Heyvandarlıq)Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 51 Örüş909012002178
10Sabirabad rayonu Surra Bələdiyyəsi (Axısxa kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi2 ha İcarə (15 il)400.00 40.00Kənd təsərrüfatı məhsullarının istehsalıKənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 33 Əkin909012002181
11Sabirabad rayonu Surra Bələdiyyəsi (Axısxa kəndi)HərracƏMDX-nin Şirvan ərazi şöbəsi Şirvan şəhəri, İstiqlaliyyət prospekti 14 Tel: (021) 215 27 9615 dekabr 2026-cı il tarixinədək Şirvan ərazi şöbəsi3.43 ha İcarə (15 il)418.00 42.00Kənd təsərrüfatı (Heyvandarlıq)Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 36 Örüş909012002180
12Mingəçevir şəhəri Mingəçevir BələdiyyəsiHərracƏMDX-nin Mingəçevir ərazi şöbəsi, Mingəçevir şəhəri, H.Əliyev pros. 26/11 Tel:(024) 274 45 0015 dekabr 2026-cı il tarixinədək Mingəçevir ərazi şöbəsi3.4 ha İcarə (15 il)520.00 52.00Kənd təsərrüfatı məhsullarının istehsalıKənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 44 Əkin902012001090
13Astara rayonu Ərçivan Bələdiyyəsi (Ərçivan qəsəbəsi)HərracƏMDX-nin Lənkəran ərazi şöbəsi, Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 34 Tel: (025) 255 15 1315 dekabr 2026-cı il tarixinədək Lənkəran ərazi şöbəsi5100 kv.m İcarə (15 il)102.00 10.00Kənd təsərrüfatı məhsullarının istehsalıEhtiyat fondu torpaqları II qrup Bonitet balı 84 Əkin801012001322
14Kürdəmir rayonu Cəyli Bələdiyyəsi (Qarasaqqal kəndi)HərracƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri,
H.Əliyev pr.28
Tel:(020) 2130113
15 dekabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi5.12 ha İcarə (15 il)768.00 39.00Kənd təsərrüfatı məhsullarının istehsalıKənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 48 Əkin906012001186
15Qazax rayonu Daş Salahlı Bələdiyyəsi (Daş Salahlı kəndi)HərracƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 1915 dekabr 2026-cı il tarixinədək Qazax ərazi şöbəsi460 kv.m Satılır13500.00 300.00SahibkarlıqYaşayış məntəqələrinin torpaqları501012002279
16Qusar rayonu Qusar Bələdiyyəsi (Qusar şəhəri)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi1 ha İcarə (15 il)1500.00 150.00Futbol meydançasının tikintisiYaşayış məntəqələrinin torpaqları301012079797
17Qusar rayonu Həzrə Bələdiyyəsi (Yuxarı Tahircal kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi30 ha İcarə (15 il)1650.00 165.00Kənd təsərrüfatı (Heyvandarlıq)Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 54 Örüş301012079820
18Şabran rayonu Gəndov Bələdiyyəsi (Gəndob kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi2 ha İcarə (15 il)360.00 36.00Kənd təsərrüfatı məhsullarının istehsalıKənd təsərrüfatı təyinatlı torpaqlar I qrup Bonitet balı 82 Əkin304012002646
19Şabran rayonu Gəndov Bələdiyyəsi (Gəndob kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi5 ha İcarə (15 il)850.00 85.00Kənd təsərrüfatı məhsullarının istehsalıKənd təsərrüfatı təyinatlı torpaqlar I qrup Bonitet balı 62 Əkin304012002633
20Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Zağlı kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi2 ha İcarə (15 il)202.00 20.00Kənd təsərrüfatı (Heyvandarlıq)Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Örüş304012002639
21Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Düz Bilici kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi4.1 ha İcarə (15 il)414.00 41.00Kənd təsərrüfatı məhsullarının istehsalıKənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Əkin304012002617
22Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Pirəbədil kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi5 ha İcarə (15 il)505.00 51.00Kənd təsərrüfatı məhsullarının istehsalıEhtiyat fondu torpaqları II qrup Bonitet balı 68 Əkin304012002374
23Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Xəlfələr kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi18.5 ha İcarə (15 il)1905.00 191.00Kənd təsərrüfatı məhsullarının istehsalıEhtiyat fondu torpaqları II qrup Bonitet balı 75 Əkin304012002620
24Xaçmaz rayonu Köhnə Xaçmaz Bələdiyyəsi (Əzizli kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi1200 kv.m Satılır8160.00 408.00Fərdi yaşayış eviYaşayış məntəqələrinin torpaqları302012005704
25Xaçmaz rayonu Köhnə Xaçmaz Bələdiyyəsi (Əzizli kəndi)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi1200 kv.m Satılır8160.00 408.00Fərdi yaşayış eviYaşayış məntəqələrinin torpaqları302012005702
26Xaçmaz rayonu İstisu Bələdiyyəsi (İstisu qəsəbəsii)HərracƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 7215 dekabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi93 kv.m Satılır2790.00 140.00

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar