Sizin Reklam Burada
Xəbər lenti
16-11-2026
15-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda saxlanılan hərbçimizin məhkəməsi başlayır

Tarix: 16-11-2026 13:59     Baxış: 326 A- / A+
Ermənistanda  saxlanılan   hərbçimizin  məhkəməsi   başlayırErmənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi ittiham aktı ilə məhkəməyə göndərilib.
Ermənistan mediası bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İşə Sünik məhkəməsində baxılacaq.
Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan vətəndaşı və hərbçi Nəsimi Musayev Sünik vilayətinin Sisian icmasının Şaki kəndində, 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz olaraq daxil olub və aşkar edildikdən sonra atəş açıb.
Nəticədə 39 yaşlı Ani Avetisyan yaralanıb.
Daha sonra Azərbaycan vətəndaşı qaçıb. Görülən tədbirlər nəticəsində Musayev saxlanılıb.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi ilə cinayət işi başlanıb və Musayev iki ay müddətinə həbs edilib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 2026-cı il sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri zəruri axtarış tədbirləri keçirib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar