Xəbər lenti
Orta aylıq əmək haqqı nə qədər artacaq?

Manevr.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə vurğulanıb.
Bildirilib ki, "Büdcə zərfi"ndə təqdim edilən məlumatlara əsasən, ortamüddətli dövrdə əhalinin nominal gəlirləri 2027-ci ilə nisbətən 29,5 mlrd. manat artaraq 137,0 mlrd. manata yüksələcək. Müvafiq dövrdə əhalinin gəlirlərində real artım tempi 3,4%-4,0% intervalında dəyişəcək.
Ortamüddətli dövrdə əhalinin xərclərinin 2027-ci ilə nisbətən 29,0 mlrd. manat artaraq 134,1 mlrd. manata yüksələcəyi, artım tempinin 3,4%-4,0% aralığında olacağı proqnozlaşdırılır. Təhlillər ortamüddətli dövrdə əhalinin xərclərinin nominal və real artımının gəlirlərin artım dinamikasına yaxın olacağını deməyə əsas verir.
Bununla yanaşı, növbəti ildə respublika üzrə orta aylıq əmək haqqının 8,7% artımla, yəni 1288,3 manat məbləğində nəzərdə tutulması fiziki şəxslərin gəlir vergisi üzrə proqnozların icrasına müsbət təsir edən amil kimi qiymətləndirilməlidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































