Xəbər lenti
Azərbaycanda bu il övladlığa verilən uşaqların sayı AÇIQLANDI
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda övladlığa götürmə ilə bağlı 218 müraciət daxil olub, 116 uşaq övladlığa verilib.Manevr.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib.
Agentlikdən əlavə edilib ki, övladlığa götürmə prosesində əsas meyar uşağın üstün mənafeyinin təmin edilməsidir.
"Bu baxımdan, müraciət edən şəxslərin sosial-iqtisadi vəziyyəti, valideynlik potensialı və övladlığa götürmə məqsədləri qiymətləndirilir.
Ailənin gəlirlərinin müəyyən edilmiş tələblərlə uzlaşmaması, eləcə də müsahibə mərhələsində övladlığa götürmə məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığının müəyyən edilməsi müraciətə imtina verilməsi üçün əsaslar sırasındadır", - deyə vurğulanıb.
Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































