Sizin Reklam Burada
Xəbər lenti
22-04-2026
21-04-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın Azərbaycanın mədəni irsinə vurduğu zərər - FAKTLAR

Tarix: 22-04-2026 19:30     Baxış: 337 A- / A+


Ermənistanın Azərbaycanın mədəni irsinə vurduğu zərər - FAKTLAR
Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı yalnız hərbi və siyasi status-kvonun zor gücünə dəyişdirilməsi ilə məhdudlaşmayıb, paralel olaraq məqsədyönlü və ideoloji əsaslara söykənən mədəni destruksiya siyasəti ilə müşayiət olunub. 
Erməni işğallıları bu müddətdə təkcə maddi-mədəni irsi dağıtmaqla kifayətlənməyib, eyni zamanda dini abidələrin təhqiri, tarixi yaddaşın silinməsi və milli kimliyi əks etdirən izlərin aradan qaldırılması kimi insanlıqdan kənar əməllər də törədib. Bu siyasət isə beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə zidd olmaqla yanaşı, mahiyyət etibarilə mədəni soyqırımı elementləri daşıyan davranış modeli kimi dəyərləndirilə bilər. İşğalın başa çatmasından sonra Azərbaycanın bu ərazilər üzərində suveren nəzarəti bərpa etməsi ilə uzun illər gizlədilən reallıq bütün aydınlığı ilə üzə çıxıb, genişmiqyaslı dağıntılar, vandalizm aktları və tarixi irsin məqsədli şəkildə deformasiyaya uğradılması faktları artıq inkar olunmaz sübutlarla təsdiqini tapıb.
Ermənistanın işğal etdiyi ərazilərdə mədəni irsə vurduğu zərər: Faktlar, rəqəmlər
Bir zamanlar “Qafqazın Xirosiması” adlandırılan Ağdam indi cənnətə  çevrilməkdədir - "İki sahil"
Ağdam şəhəri

Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin işğal saxlayarkən törətdiyi vandalizm akrlarını rəqəmlər də ortaya qoyur.
İşğal müddətində Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yeri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilib, məhv və talan edilib.
67 məsciddən 65-i tamamilə dağıdılıb, iki məscid isə qismən dağıdılaraq, heyvan saxlanılması üçün istifadə edilib.
Laçında yerləşən VI əsrin Alban Ağoğlan monastırı və XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və nəzərəçarpan sayda Alban məbədləri, Xocalıda XVIII əsrin Əsgəran qalası, XIV əsrin türbələri və orta əsrlərə aid bir neçə Alban məbədləri, Kəlbəcərdə VI əsrin Alban Müqəddəs Yaqub, XIII əsrin Alban Xatirəvəng monastırları və XIII-XIV əsrlərin Lex qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsr Karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVIII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidləri, karvansaraylar və evlər, Ağdamda XIX əsrin məscidi, Füzulidə Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji qazıntılar, Neolit və Tunc dövrlərinə aid yaşayış məntəqələri, Ağdamda Tunc dövrünün Çıraqtəpə və Qarağacı və orta əsrlərin Qavurqala yaşayış məntəqələri, Cəbrayılda Tunc dövrünə aid İmanqazantəpə və Qışlaq kurqanları, Kəlbəcərdə Tunc dövrünün qaya üstü təsvirləri, Xocalıda Tunc və Dəmir dövrlərinə aid daş qutu nekropolu, Sədərəkdə Tunc dövrünə aid nekropol və yaşayış sahəsi, Laçında Dəmir və Tunc dövrlərinə aid kurqanlar və Şuşada Tunc və Dəmir dövrlərinə aid daş qutu qəbirlər və Daş dövrünə aid mağara kimi abidələr ermənilər tərəfindən mənimsənilib və talan edilib.
Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində dünya əhəmiyyətli abidələr sırasında Cəbrayılda Tunc dövrünə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Niftəli kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Alban Gəncəsər və Xudavəng monastırları, Ağdamda Tunc dövrünə aid XIV əsr Qutlu Musa oğlu türbəsi və Üzərliktəpə yaşayış məntəqəsi, Xocavənddə Paleolit dövrünün Azıx və Tağlar mağaraları və Xocalıda Tunc və Dəmir dövrlərinin kurqanları kimi abidələr mövcuddur. Həmin abidələr də erməni vandalizmindən öz nəsibini alıb.
Fayl:Aqdam -Qutlu Musa Türbəsi 1314.JPG — Vikipediya
Tunc dövrünə aid XIV əsr Qutlu Musa oğlu türbəsi, Ağdam

1990-cı illərin əvvəlində hərbi əməliyyatlardan dərhal sonra Şuşadakı memarlıq abidələri, o cümlədən Yuxarı və Aşağı Gövhər ağa məscidləri və mədrəsələri, Vaqif türbəsi, Natəvanın evi və karvansaraylar dağıdılıb, yandırılıb və talan edilib.
İşğal altında olmuş digər ərazilərdə də tarixi, mədəni və dini abidələr də ermənilərin vəhşiliyi ilə üzləşib.
Ağdam rayonunda “Pənah xanın imarəti” kompleksi və məscidlər, Abdal və Gülablı kəndlərində məscidlər, Ağdam rayonunda Uğurlu bəyin türbəsi və Qurban Pirimovun ev muzeyi, Xocalı rayonunda XIV əsr məqbərəsi, Kəlbəcər rayonunun Başlıbel və Otaqlı kəndlərinin məscidləri, Kəlbəcər şəhəri, Moz, Keşdək və Yuxarı Ayrım kəndlərinin qədim qəbiristanlıqları, Zəngilan rayonunun Zəngilan şəhəri, Qıraq Müşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Cahangirbəyli, Babaylı və Şərifan kəndlərində qədimi qəbiristanlıqlar, Qubadlı rayonunun Qayalı və Məmər kəndlərində qədim qəbiristanlıqlar və Məmər kəndində məscid, Laçın rayonunun Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim qəbiristanlıq, Cəbrayıl rayonunun Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim qəbiristanlıq, Füzuli rayonunun Füzuli şəhəri və Qoçəhmədli, Merdinli və Qarğabazar kəndlərində məscidlər, Xocavənd rayonunun Xocavənd, Axullu, Kuropatkin, Düdükçü və Salakətin kəndlərində qəbiristanlıqlar və Tuğ kəndində qədim qəbiristanlıq, Tərtər rayonunun Umudlu kəndində qədim hamamlar və Sədərək rayonunun Kərki kəndində qəbiristanlıq dağıdılıb, yandırılıb və talan edilib.
Ermənilərin barbarlıq əməlləri bununla da yekunlaşmayıb. İşğalçılar Şuşa şəhərində Saatlı məscidi və Xanlıq Muxtar karvansarayı kimi müxtəlif abidələrin memarlıq elementlərinin dəyişdirib, Şuşadakı XIX əsr Mamayı bulağının üzərində olan ərəb hərfləri ilə yazının yerində erməni xaçı və yazılar həkk edərək, abidələrin müsəlman Azərbaycan elementlərini saxta erməni simvolları ilə əvəzləyib.
Ermənistanın vandalizm siyasəti

İşğal dövründə Qarabağ və ətraf rayonlarda baş verən dağıntılar miqyas və xarakter baxımından müasir münaqişələr tarixində nadir hallardandır. Yüzlərlə tarixi və dini abidənin məhv edilməsi, yaşayış məntəqələrinin tamamilə yerlə-yeksan olunması və infrastrukturun sıradan çıxarılması göstərir ki, bu proses spontan deyil, sistemli və məqsədyönlü siyasətin nəticəsidir.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcər kimi rayonlarda aparılan monitorinqlər şəhər və kəndlərin demək olar ki, tamamilə dağıdıldığını ortaya qoyur. Ağdamın “Qafqazın Xirosiması” kimi xarakterizə olunması təkcə metaforik ifadə deyil, real dağıntı miqyasının siyasi və vizual təsviridir. Bu cür total destruksiya müharibənin adi nəticəsi kimi deyil, planlaşdırılmış boşaltma və silmə siyasətinin göstəricisi kimi dəyərləndirilir.
Ermənistan ərazisində Azərbaycan mədəni irsinin taleyi ilə bağlı faktlar konkret abidələrin timsalında sistemli dağıntı və dəyişdirmə siyasətini göstərir.
İrəvan şəhərində yerləşmiş Şah Abbas məscidi XVI əsrə aid mühüm dini abidə olub. İrəvan xanlığı dövründə şəhərin əsas ibadət mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Tarixi xəritələr və arxiv sənədləri onun mövcudluğunu təsdiqləyir. XX əsrdə aparılan şəhərsalma dəyişiklikləri zamanı məscid tamamilə dağıdılıb və onun yerində yeni tikililər salınıb.
Sərdar məscidi İrəvan qalasının daxilində yerləşən və xanlıq dövrünün simvol tikililərindən biri hesab edilən abidə idi. XIX əsrə aid rəsmlər və fotoşəkillər onun memarlıq quruluşunu əks etdirir. Sovet dövründə mərhələli şəkildə sökülərək məhv edilib və bu gün abidədən heç bir fiziki iz qalmayıb.
Hacı Novruzəli məscidi İrəvan şəhərinin digər mühüm dini abidələrindən biri olub. Bu məscid XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərib. Sonrakı dövrdə tamamilə sökülərək yerində yeni tikililər inşa olunub və tarixi abidə kimi mövcudluğu aradan qaldırılıb.
Göy məscid İrəvan şəhərində qismən qorunub saxlanılan yeganə Azərbaycan məscididir. XVIII əsrə aid bu abidə üzərində aparılan bərpa işləri zamanı onun ilkin memarlıq xüsusiyyətləri dəyişdirilib. İnteryeri yenidən qurulub, funksiyası dəyişdirilərək muzey formatına uyğunlaşdırılıb. Bütün bunlar azmış kimi, təəssüflə qeyd olunmalıdır ki, bu gün Göy məscid İran, yaxud fars məscidi kimi təqdim olunur.
Bu faktlar göstərir ki, Ermənistan ərazisində Azərbaycan abidələrinin taleyi üzrə həm tam məhv etmə, həm də mövcud nümunələrin dəyişdirilərək təqdim olunması paralel şəkildə həyata keçirilib.
Məzarlıqların təhqiri – kollektiv yaddaşın hədəfə alınması

Cəbrayıl qəbirstanlığı

Mədəni irsə qarşı törədilən ən ağır və simvolik cinayətlərdən biri qəbiristanlıqların sistemli şəkildə dağıdılmasıdır. Bu faktlar yalnız fiziki dağıntı ilə məhdudlaşmır, həm də xalqın kollektiv yaddaşına, tarixi davamlılığına və kimlik şüuruna qarşı yönəlmiş hücum kimi qiymətləndirilir. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla qəbiristanlığın dağıdılması, qəbirlərin qazılması və başdaşlarının məhv edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu cür addımlar münaqişə zonasından kənara çıxaraq ideoloji və psixoloji təsir mexanizmi kimi istifadə olunub. Məqsəd yalnız maddi izləri silmək deyil, həm də gələcək nəsillərin yaddaşını deformasiyaya uğratmaq olub.
Dini irsə müdaxilə – ideoloji mesaj və simvolik zorakılıq
İşğal dövründə məscidlərin təhqir olunması faktları xüsusi siyasi və ideoloji məna daşıyır. Ermənilər işğal etdikləri ərazilərdəki 67 məsciddən 65-ni dağıdıb, ikisini qismən dağıdaraq, içərisində donuz, inək saxlayıb, tövlə kimi istifadə edib. Müqəddəs məkanların heyvan saxlanılan yerlərə çevrilməsi isə təkcə vandalizm aktı deyil, açıq şəkildə dini dəyərlərin alçaldılması, təhqir edilməsi və qarşı tərəfə yönəlmiş simvolik zorakılıq formasıdır.
Bu cür davranışlar beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, münaqişənin sırf ərazi mübahisəsi deyil, həm də identitet və mədəniyyət üzərində qurulmuş qarşıdurma olduğunu göstərir. Vizual sübutlar və beynəlxalq müşahidələr bu faktların təsdiqi baxımından mühüm rol oynayır və mübahisə predmetini emosional yox, faktoloji müstəviyə daşıyır.
Ermənistan ərazisində Azərbaycan irsinin silinməsi
Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda
İrəvan, Xan məscidi

Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı vəhşilik və vandalizm aktları yalnız işğal olunmuş ərazilərlə də məhdudlaşmır. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin demək olar ki, tamamilə yoxa çıxması daha geniş miqyaslı siyasətin mövcudluğunu göstərir. İrəvan şəhərində mövcud olmuş məscidlərin dağıdılması və ya funksional dəyişikliklərə məruz qalması mədəni transformasiya deyil, kimlik silinməsi kimi qiymətləndirilməlidir.
Göy məscidin bu gün fərqli mədəni çərçivədə təqdim olunması isə mədəni irsin yalnız fiziki deyil, semantik transformasiyasının da həyata keçirildiyini göstərir. Bu yanaşma tarixi reallığın dəyişdirilməsi və alternativ narrativin qurulması istiqamətində atılmış addımdır.
Alban irsi ilə mübarizə aparan ermənilərin saxtakarlığı
Qarabağdakı xristian abidələrinin üzərində aparılan dəyişikliklər fonunda bölgədə mədəni irsə münasibətin mahiyyəti daha aydın şəkildə üzə çıxır. Yazıların silinməsi, memarlıq elementlərinin dəyişdirilməsi və abidələrin ilkin kimliyindən uzaqlaşdırılması təsadüfi müdaxilələr deyil, sistemli yanaşmanın göstəricisidir. Bu proses abidələrin tarixi mənsubiyyətinin dəyişdirilməsinə və onların fərqli mədəni kontekstdə təqdim olunmasına xidmət edir.
Tarixi və elmi araşdırmaların göstərdiyi kimi, Qarabağdakı xristian abidələrinin əhəmiyyətli hissəsi Qafqaz Albaniyasına məxsusdur. Lakin işğal dövründə bu məbədlər üzərində aparılan dəyişikliklər onların “erməniləşdirilməsi” istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini göstərir. Bu müdaxilələr nəticəsində abidələrin orijinal tarixi izləri zəiflədilir, erməni mənşəli saxta elementlər əlavə olunur, beləliklə də, onların ilkin məzmunu təhrif edilir.
Laçın rayonu ərazisində yerləşən Ağoğlan məbədi erkən orta əsrlərə aid alban xristian abidəsidir. Onun tikinti texnikası və plan quruluşu Qafqaz Albaniyasının dini memarlıq ənənələrinə uyğun gəlir. İşğal dövründə abidədə aparılan dəyişikliklər zamanı bəzi dini atributların yenilənməsi və fərqli interpretasiyada təqdim olunması faktları qeyd olunur.
Ağoğlan məbədində rus sülhməramlılar bizə dedi ki... – Robert Mobili
Ağoğlan məbədi

Xocavənd rayonundakı Amaras monastırı regionun ən qədim xristian mərkəzlərindən biri hesab edilir. Tarixi mənbələr bu məkanın alban kilsəsi ilə bağlılığını göstərir. Lakin sonrakı dövrlərdə ermənilərin müdaxilələri nəticəsində bəzi kitabələrin dəyişdirilməsi və interyerin yenidən qurulması halları müşahidə olunub.

Amaras monastırı

Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırı isə orta əsrlərə aid iri dini kompleksdir. Abidə üzərindəki yazılar və memarlıq detalları onun alban irsinə aid olduğunu göstərən əsas elementlərdəndir. İşğal dövründə monastırda bəzi yazıların dəyişdirildiyi və əlavə elementlərin daxil edildiyi açkarlanıb.
Sehrli aləmdə: Ermənilərin özününküləşdirmək istədiyi ecazkar Xudavəng monastırı - REPORTAJ - FOTOLAR - VİDEO
Xudavəng monastırı

Gəncəsər məbədi də Kəlbəcər ərazisində yerləşir və regionun məşhur dini abidələrindəndir. Onun üzərindəki kitabələr və ornamentlər müxtəlif dövrləri əks etdirir. Lakin bəzi hallarda bu elementlərin interpretasiyası ermənilər tərəfindən dəyişdirilərək abidənin mənşəyi fərqli şəkildə təqdim olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Gəncəsər məbədi

Xatiravəng monastırında da oxşar müdaxilələr qeydə alınıb. Aparılan yenidənqurma işləri nəticəsində ilkin memarlıq xüsusiyyətlərinin qismən dəyişdirilməsi və bəzi tarixi izlərin zəiflədilməsi müşahidə olunub. Bu faktlar abidələrin yalnız fiziki deyil, həm də tarixi identiklik baxımından transformasiyaya məruz qaldığını göstərir.
Xudavəng monastırı — Vikipediya
Xatiravəng monastırı

Bu yanaşma yalnız dini və memarlıq müstəvisində deyil, həm də tarixi narrativin yenidən qurulması cəhdidir. Məqsəd isə abidələrin mənsubiyyətini dəyişməklə, gələcək siyasi iddialar üçün “tarixi əsas” formalaşdırmaq olub.
Mədəni təmizləmə strategiyası – məqsədlər və geosiyasi nəticələr
Yuxarıda qeyd olunan bütün faktlar bir məntiqi xətt üzrə birləşir: işğal dövründə həyata keçirilmiş siyasət genişmiqyaslı mədəni təmizləmə strategiyası olub. Bu strategiyanın əsas məqsədi ərazilərin demoqrafik və mədəni strukturunu dəyişdirmək, tarixi izləri silmək və gələcəkdə siyasi iddiaları legitimləşdirmək üçün süni əsaslar yaratmaq idi.
Bu proses yalnız regional səviyyədə deyil, beynəlxalq münasibətlər sistemində də təsir doğurur. Çünki mədəni irsə qarşı yönəlmiş bu cür sistemli hücumlar beynəlxalq hüququn effektivliyi, monitorinq mexanizmlərinin işləkliyi və qlobal institutların reaksiyası məsələlərini gündəmə gətirir.
Ermənistan məsuliyyətdən qaça bilməz
Mövcud faktların kompleks təhlili göstərir ki, işğal dövründə həyata keçirilmiş mədəni dağıntılar təsadüfi hadisələr deyil, sistemli siyasətin nəticəsidir. Bu siyasət beynəlxalq hüququn pozulması ilə yanaşı, regionda uzunmüddətli sabitliyə də ciddi təhdid yaradıb.
Bu gün aparılan bərpa prosesi yalnız infrastrukturun deyil, həm də tarixi ədalətin bərpasıdır.
İşğala son qoyulması Ermənistanın Azərbaycan xalqının dini, mədəni, tarixi abidələrinə qarşı törətdiyi vandalizm aktlarının unudulması anlamına gəlmir, onu məsuliyyətdən azad etmir. İrəvan unutmasın ki, 30 il ərzində törətdiyi vəhşiliklərə, ekosidə, kulturosidə, xalqın dini inancına, tarixi yaddaşına vurduğu sağalmaz yaralara görə məsuliyyət daşıyır. Həm mənəvi, həm də hüquqi.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar