Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu

Tarix: 12-06-2025 09:30     Baxış: 4116 A- / A+
Azərbaycanlı bu ölkədə polis rəisi təyin olundu
Azərbaycanda doğulan şəxs Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarında nəqliyyat üzrə yeni rəis təyin olunub.

Manevr.az lent.az-a istinadla xəbər verir ki, bu vəzifəyə polis mayoru Emil Azadoviç Həsənov təyin edilib.

Emil Həsənov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini hüquqşünas ixtisası üzrə bitirib. O, 2013-cü ildə Daxili İşlər Nazirliyində işə başlayıb, DİN-in Uzaq Şərq Federal Dairəsi üzrə yanğın təhlükəsizliyi müfəttişi vəzifəsində çalışıb.

2015-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin nəqliyyat üzrə Vanino Xətt Şöbəsində xidmət edir və cinayət axtarış idarəsinin əməliyyatçısı vəzifəsindən polis rəisinin müavini vəzifəsinə (ictimai asayişin mühafizəsi üzrə) qədər yüksəlib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar