Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şərurlu İsfəndiyar: “Mən niyə pul verməliyəm ona?”

Tarix: 10-06-2025 14:11     Baxış: 473 A- / A+
Şərurlu İsfəndiyar: “Mən niyə pul verməliyəm ona?”
Xəbər verdiyimiz kimi, həbsdə olan iş adamı Emil Səməndərov “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittihamçı Şərurlu İsfəndiyarın ona dələduz dediyi üçün ən ağır formada cəzalandırılmasını istəyir.

Manevr.az xəbər verir ki, bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında isə E.Səməndərov qarşı tərəfdən təzminat kimi 5 milyon manat tələb edib. Bu bəlkə də xüsusi ittiham qaydasında verilən şikayətlərdə bu günə qədər tələb olunan ən çox məbləğlərdəndir.
 
“Qafqazinfo” Şərurlu İsfəndiyarın təzminat tələbinə münasibətini öyrənib. İş adamı bildirib ki, qarşı tərəf onu qıcıqlandırmaq üçün bu yola əl atıb: “Emilin özünün heç xəbəri yoxdur. Onu müdafiə edənlər məni qıcıqlandırmaq üçün bu tələbi qaldırıb. Deyiblər İsfəndiyarı belə edəcəyəm, elə edəcəyəm, o da inanıb. Deyir o, hər yandan əli üzülən hər şeyə əl atır.

Görünür ki, kimlər üçünsə maraqlıdır. Mən niyə pul verməliyəm e ona? Hələ camaatı aldadıblar, mən ödəyirəm. Şikayətinin də heç bir əsası yoxdur. Boş-boş şeylərdir. İş adamıyam, min nəfər işçim var. Yalandan vaxtımızı alırlar. Nə Allahdan, nə başqa nədənsə qorxurlar. İnsandırlar da, hərəsi bir yolla pul qazanır”.

Qeyd edək ki, məhkəmə Şərurlu İsfəndiyarın xüsusi ittihamçıya münasibətdə dediklərinin təhqir və böhtan olduğuna dair rəy verilməsi üçün ekspertiza təyin edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar