Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Alimpaşa Məmmədovun əmlakları ilə bağlı qərar verdi

Tarix: 10-06-2025 13:14     Baxış: 451 A- / A+

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə verilmiş kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Manevr.az-ın "report"a istinadən məlumatına görə, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə onun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı şikayəti təmin edilməyib.
Həmçinin Alimpaşa Məmmədov cəzası ilə bağlı verdiyi kassasiya şikayətini geri götümək üçün məhkəməyə müraciət edib.
Onun gələcəkdə yenidən cəza ilə bağlı kassasiya şikayəti vermək hüququ saxlanılmaqla müraciət təmin edilib.

Xatırladaq ki, sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü ilin iyun ayında olan hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun həbs cəzası 10 il 6 aya endirilib.
A.Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Ona AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar