Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Əsgərlikdən yeni gəldi, dekan müavini təyin edildi

Tarix: 10-06-2025 12:05     Baxış: 443 A- / A+

Bakı Ali Neft Məktəbinin (BANM) mühəndislik fakültəsinə yeni dekan müavini təyin edilib.  Manevr.az məlumatına görə BANM-ın yeni dekan müavini Ramil Şükürov hərbi xidmətdən yeni qayıdıb. O bundan əvvəl də bir müddət universitetdə müəllim kimi fəaliyyət göstərib. 
R. Şükürov 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb. 
2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin ildə DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb. 
2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib. 
Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb. Bir müddət sonra İnformasiya Texnologiyaları kafedrasında müəllim olaraq fəaliyyətini uzun müddət davam etdirib. 
Daha sonra baş müəllim vəzifəsinə təyin edilib.
2019-cu ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib.ICPC 2022/2023 - Azərbaycan regional yarışı; 1/4 final mərhələsi üzrə rəhbərlik etdiyi BHOS1 komandası qalib gələrək Gürcüstanda keçirilən yarımfinala vəsiqə qazanıb.
2022-ci ildə "TEKNOFEST ” layihəsi çərçivəsində keçirilən "Həvəskar Peyk Modelləşdirilməsi” yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb.
Ramil Şükürov BANM-ın doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır.N saylı hərbi hissəsində hərbi xidmətini uğurla başa vuraraq baş əsgər rütbəsi alıb. 
Hərbi xidmətdən sonra isə BANM-nin Mühəndislik fakültəsinin dekanlığına dekan müavini təyin olunub.modern.az
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar