Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tovuzda qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb...

Tarix: 09-06-2025 19:53     Baxış: 361 A- / A+
Modern.az Youtube kanalı
Tovuzda qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb...Xəbər verdiyimiz kimi, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb və müəllimə Günel Məmmədovaya töhmət verilib.
Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi yeni açıqlama yayıb.
Bildirilib ki, həmin müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat versə də, direktor tədbirin keçirilməsini uyğun hesab etməyib:
“Tovuz rayonunda müəllimə zinət əşyası təqdim olunması hadisəsinin sosial mediada müzakirəsi cəmiyyətdə korrupsiya hallarına barışmaz mövqeyin güclənməsindən xəbər verir. Bir qrup valideynlər zinət əşyasının bağışlanmasını normal hesab edirsə, digər qrup təhsildə, eləcə də bütün cəmiyyətdə “durulma” prosesinin tərəfdarı kimi prinsipial mövqe tutur. Hesab edirik ki, ikinci qrup insanların fəal vətəndaş mövqeyi və dəstəyi təhsilin sağlam dəyərlər üzərində irəliləməsinə bilavasitə təsir göstərir.
Bildiririk ki, bu hadisədə adıgedən müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat verib, lakin direktor bu tədbirin keçirilməsini uyğun hesab etməyib. Buna baxmayaraq müəllim məktəbin və özünün nüfuzuna mənfi təsir göstərmiş bu tədbirdə iştirak edib (24 may tarixində) və məktəb rəhbərliyinin haqlı olduğunu “sübut” edib.    
Töhmətin məğzi uyğunsuzluğu müzakirə edilmiş məsələyə müəllimin etinasız yanaşması ilə bağlıdır və intizam tənbehi iş günündə (5 iyun tarixində) verilməklə hüquqi çərçivəni aşmayıb.
Müəllim və valideynlərin tədris ilinin sonunda təmtəraqlı ziyafətlər təşkil etməsi isə başqa bir müzakirənin mövzusudur. Şagirdlərə heç bir inkişafetdirici təsiri olmayan, əksinə maliyyə və vaxt resurslarının lüzumsuz istifadəsinə gətirən bu cür tədbirlərin yolverilməzliyini pedaqoqlar dəfələrlə vurğulayıblar. Biz bu məsələdə daha optimal və öyrədici tədbirlərə üz tutmağı tövsiyə edirik.
Bir daha bütün maraqlı tərəfləri sağlam təhsil mühiti naminə etik davranış normalarına əməl etməyə çağırırıq”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar