Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 47 uşaq himayədar ailələrə verildi

Tarix: 31-05-2025 11:26     Baxış: 4147 A- / A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə 47 uşaq himayədar ailələrə verib.
Manevr.az bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq dövlət qurumu ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
Qeyd olunub ki, himayədar ailələrə verilən uşaqlardan 18-i oğlan, 29-u qızdır. Həmin 47 uşaqdan 25-i hazırda Bakı şəhərində, 22-i rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 1, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1 ailə) ailələrdə yaşayırlar.
Ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə əlilliyi olan 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət verilir.
Qeyd edək ki, hər il mayın 31-i bir sıra ölkələrdə Dünya Himayədar Ailə Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar