Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: Yeni şərt

Tarix: 30-05-2025 12:25     Baxış: 4133 A- / A+

Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatları əmək miqrantlarının ölkəyə daxil olarkən qanun pozuntusu halında deportasiya xərclərini qarşılayacaq depozit qoymasını təklif ediblər. 
Manevr.az TASS-a istinadla xəbər verir ki, deputatlar bu təşəbbüslə Daxili İşlər naziri Vladimir Kolokoltsevə məktub ünvanlayıblar.
Təklifə əsasən, ölkəyə daxil olan hər bir əmək miqrantı "geri-dönüş bileti" prinsipinə uyğun olaraq depozit qoymalıdır. Bu depozit miqrantın qanun pozduğu halda onun deportasiya prosesinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Məktubun müəllifləri arasında Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov və fraksiya rəhbərinin müavini Sardan Avksentyeva yer alıb. Onların fikrincə, bu sistem dövlət büdcəsinə düşən maliyyə yükünü azaltmaqla yanaşı, miqrasiya siyasətinin səmərəliliyini də artıracaq.
Parlament üzvləri qeyd ediblər ki, 2024-cü ildə yalnız deportasiya məqsədilə federal büdcədən 1 milyard rubldan artıq vəsait xərclənib.
Hazırda bu təşəbbüs müzakirə mərhələsindədir və hüquqi mexanizmləri formalaşdırmaq üçün əlavə təhlil və rəylər gözlənilir.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar