Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Araz Musayev danışdı, adlar çəkdi: “Killer göndərib...”

Tarix: 29-05-2025 16:33     Baxış: 3134 A- / A+
"Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular".
Manevr.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.
O qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Ona da dəstək verən isə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".
Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır.
"Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik", - deyə qeyd edilib.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar