Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar

Tarix: 29-05-2025 11:55     Baxış: 4149 A- / A+
Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar
"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında Əmək Məcəlləsində dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyyə olundu. Qanunvericiliyə təklif edilən yeni dəyişikliklər ilə sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq beş ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur".

Manevr.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, illik və beş illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər:

"Dəyişikliklərdə əsas məqamlardan biri sertifikasiya imtahanından keçməyən işçilərin altı ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasıdır. Yəni, sertifikasiyadan keçməyən vətəndaşımızın altı aylıq maaşı saxlanacaq ki, o növbəti, ikinci imtahana hazırlaşa bilsin. Bu zaman onun əmək müqaviləsinə xitam verilməyəcək. Yəni, həmin vətəndaşlarımız sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməsələr, onlar işdən azad edilməyəcəklər. Bu onlara əmək müqaviləsi saxlanmaqla yenidən özünü sınamaq imkanı deməkdir.

Dəyişikliklər sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməyənlərin sosial müdafiəsini qorumaq və eləcə də onlara əmək müqaviləsi saxlanılmaqla yenidən imtahanda iştirak imkanı yaradacaq. Yalnız ikinci cəhdə uğursuz olanların əmək müqaviləsinə xitam veriləcək. Birinci imtahanda sertifikasiyadan keçə bilməyənlərin işdən azad olunmaması sosial ədalət baxımdan da vacib dəyişiklikdir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar