Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Elgünün ölümü ilə bağlı ipucları var - Anasından AÇIQLAMA / VİDEO

Tarix: 28-05-2025 16:16     Baxış: 4176 A- / A+
 
“Məni, Elgünün dayılarını, sinif yoldaşlarını, ətrafında olan hər kəsi dindiriblər”.
Manevr.az bildirir ki, bunu Musavat.com-a müsahibəsində Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova deyib.
Fizzə Zeynalova prokurorluqda bir neçə dəfə olduqlarını deyib. Bildirib ki, onlara müxtəlif versiyalar üzərində araşdırmalar aparıldığını və ipuclarının olduğu deyilib.
Mərhumun anası səsləndirilən iddialarla bağlı fikirlərini növbəti dəfə bölüşüb:
“Əvvəl avtomobil qəzası dedilər. Sonra intihar versiyasını söylədilər. Hüquq-mühafizə orqanları deyir ki, onlar hər bir variantın üzərində işləməlidirlər. Amma bu hadisənin intihar olması mümkün deyil. Elgünü tanıyan, onun ətrafında olan hər kəs bunu bilir. Həyat dolu bir insan idi. Bu versiya yoxdur. Maşın vurma versiyası və döyülmə versiyasını da istintaqın nəticəsində biləcəyik”.
Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar