Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Axmaq hərəkətlərinə dözə bilmədim" - Görüntüləri yayılan şəhid anası danışdı

Tarix: 26-05-2025 16:48     Baxış: 4104 A- / A+

Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.
Manevr.az xəbər verir ki, manset.az görüntüdəki Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanova ilə əlaqə saxlayıb.
O bildirib ki, videodakı şəxs içkili halda oğlunun xatirə lövhəsi qarşısında xoşagəlməz hərəkətlər etdiyi üçün bu addımı atıb:
"O kişi tanımadığım insandır, axmaq hərəkət etmişdi. İçkili halda oğlumun şəklinin qarşısında elə hərəkətlər etməsi mənə pis təsir etdi, dözə bilmədim. Ona görə elə etdim. Ailəsi və yaxınları gəlib üzrxahlıq elədi. Atası xəstədir, yorğan-döşəkdə yatır, özü də xəstə övlad atasıdır. Ona görə də, böyüklük göstərib onu bağışladım".
Qeyd edək ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar:
"Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək".
Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar