Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada miqrantların “qara günləri” başlayır

Tarix: 24-05-2025 16:46     Baxış: 3159 A- / A+


Rusiyada miqrantlara birdən çox telefon nömrəsi işlətmək qadağan edilə bilər. 
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu TASS agentliyi məlumat yayıb. 
Bununla bağlı Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov tərəfindən qanun layihəsi hazırlanıb. Əcnəbilərə birdən çox abunəçi nömrəsinin istifadəsini qadağan edən sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib.
Nilovun sözlərinə görə, qloballaşma və əhalinin mobilliyinin artması şəraitində təhlükəsizlik məsələsi xüsusilə aktuallaşır: "Terrorizm, casusluq, dələduzluq, kibertəhlükələrlə bağlı artan təhdidləri nəzərə alaraq, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin SİM kartlara sahiblik hüququnun məhdudlaşdırılması üçün tədbirlər görmək lazımdır. Hazırki qanuna görə, həmin şəxslər 10-a qədər SİM karta malik ola bilər ki, bu da böyük rəqəmdir".
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin 10-dan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar