Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər... Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb. Bu bahalaşma nə ilə əlaqədardır?
Manevr.az xəbər verir ki, deputat Ceyhun Məmmədov Trend-ə açıqlamasında qəbir yerlərinin tapılması və alınmasının getdikcə çətinləşdiyini bildirib.
Xəbər lenti
Bakıda 100 min manata qəbir yeri satılır - Millət vəkili

Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır:
“Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik”.
İlahiyyatçı Tural İrfan bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur.
“Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.
Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin”.
İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:
“Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar