Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Niyə Venera digər planetlərdən fərqli olaraq əks istiqamətə fırlanır?

Tarix: 23-05-2025 09:57     Baxış: 498 A- / A+



Günəş sistemindəki planetlər arasında Venera həm fırlanma istiqaməti, həm də bu fırlanmanın sürəti ilə ən çox maraq doğuran göy cismlərindən biridir. Bu planet elm dünyasında hər zaman suallar doğurub:

Niyə Venera digər planetlərdən fərqli olaraq əks istiqamətə fırlanır? 

Alimlərin fikrinə görə, Veneranın başqa bir maraqlı xüsusiyyəti isə son dərəcə yavaş fırlanmasıdır. Planetin öz oxu ətrafında tam dövr etməsi üçün təqribən 243 Yer günü tələb olunur. Bu, onu Günəş sistemində ən yavaş fırlanan planetə çevirir. Hətta maraqlıdır ki, Veneranın bir günü (öz oxu ətrafında fırlanma müddəti) onun bir ilindən (Günəş ətrafında dövr etmə müddəti - təxminən 225 Yer günü) daha uzundur.


Daha da qəribəsi aparılan müşahidələr göstərib ki, Veneranın fırlanması zamanla dəyişə bilər. Belə ki, 1990-cı ildə qeydə alınan ölçmələrlə 2014-cü il arasında müqayisə aparıldıqda planetin bir dövrünün 6,5 dəqiqə daha uzun çəkdiyi müəyyən olunub. Bu fərq böyük ehtimalla atmosferin sıx təzyiqi və planetin daxili quruluşundakı dəyişikliklərlə əlaqələndirilir.


Veneranın atmosferi son dərəcə sıx və qalındır. Buludları o qədər qeyri-şəffafdır ki, planetin səthi adi teleskoplarla müşahidə edilə bilmir. Lakin NASA bu problemi 1990-cı ildə "Magellan" adlı kosmik zond vasitəsilə həll etdi. Bu aparat Veneranın ətrafında dövr edərək radar texnologiyası ilə planetin səthinin detallı xəritəsini çıxarmağa nail oldu.

Venera haqqında əldə etdiyimiz məlumatlar bu planetin nə qədər sirli və özünəməxsus olduğunu göstərir. Fırlanma istiqamətindən tutmuş atmosferin sıxlığına qədər hər detal, alimləri yeni suallar üzərində düşünməyə vadar edir. Bu da onu öyrənilməyə dəyər ən maraqlı planetlərdən birinə çevirir.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar