Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Şərurlu İsfəndiyar": Vəkilin suallarını cavablaya bilmirəm, savadım yoxdur

Tarix: 22-05-2025 17:57     Baxış: 4141 A- / A+
"Şərurlu İsfəndiyar": Vəkilin suallarını cavablaya bilmirəm, savadım yoxdur
Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə vəsatət verib.
Vəkil son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.
Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.
İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib.
O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək istəməsi olduğunu qeyd edib: “Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, bununla Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadım yoxdur.
Məhkəmənin növbəti prosesi 5 iyunda keçiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar