Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İmamoğlunun gizlətdiyi həmin telefon ələ keçirildi

Tarix: 21-05-2025 23:04     Baxış: 4108 A- / A+

İstanbul Respublika Prokurorluğunun "İBB korrupsiya və terror istintaqı" çərçivəsində apardığı araşdırmalar nəticəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğluna məxsus gizli saxlanılan ikinci mobil telefon əməliyyat zamanı ələ keçirilib.
Manevr.az milil.az-a istinadla xəbər verir ki, İmamoğlu həbsdə olduğu müddətdə bu telefondan istifadə edib.
İstanbul Baş Prokurorluğu tərəfindən davam etdirilən istintaq "cinayət təşkilatının yaradılması və rəhbərliyi", "təşkilata üzvlük", "korrupsiya", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tender saxtakarlığı" kimi maddələrlə aparılır. İmamoğlu ilə yanaşı, digər şübhəlilər də eyni istintaqa cəlb olunub.
İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən basqın zamanı İmamoğlunun axtarışda olan ikinci mobil telefonu aşkar edilərək götürülüb. Araşdırmalara əsasən, həmin cihazdan istintaq zamanı da istifadə edildiyi müəyyənləşdirilib.
İmamoğlunun mart ayında həmin mobil telefon vasitəsilə etdiyi zənglərin HTS (telekommunikasiya) qeydləri istintaq materiallarına daxil edilib. Bu qeydlərdə onun 50 milyon lirə köçürməsi ilə gündəmə gələn Hüseyn Köksal ilə 5 dəfə, eyni istintaqda həbs edilən Kültür AŞ-nin keçmiş baş direktoru Serdal Taşkınla 8 dəfə, hazırkı direktor Murat Abbasla 11 dəfə, İBB Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegözlə isə 2 dəfə əlaqə saxladığı qeyd olunub.
HTS qeydlərinə əsasən, İmamoğlu istintaqda "təşkilatın idarəçilərindən biri" kimi göstərilən Fatih Keleşlə 135 dəfə danışıb. Bundan əlavə, Media A.Ş. İdarə Heyətinin sədri Murat Ongunla 521 dəfə, İstanbul Planlama Agentliyinin (İPA) rəhbəri Buğra Gökçe ilə 38 dəfə, siyasi müşavir Necati Özkanla isə 469 dəfə telefon əlaqəsi qurduğu aşkarlanıb.
İstintaq davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar