Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Həccə gedəcək ən gənc azərbaycanlı zəvvarın 13 yaşı var

Tarix: 21-05-2025 20:26     Baxış: 486 A- / A+

Həcc ziyarətinə yollanacaq ən gənc azərbaycanlı zəvvarın 13, ən yaşlısının isə 86 yaşı var.
Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hər ikisi qadın cinsinin nümayəndəsi olan şəxslərdən biri 1939-cu il, digəri 2012-ci il təvəllüdlüdür.

Vüsal Cahangiri onu da əlavə edib ki, Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı rəsmi bildiriş yoxdur: "Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir”.

Qeyd edək ki, Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i, ikinci qrup isə 26-ı Məkkəyə yola düşəcəklər.apa

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar