Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Emin “Dream Fest”ə nə qədər pul ayırıb? - FOTO

Tarix: 21-05-2025 19:32     Baxış: 481 A- / A+
 
Xalq artisti Emin Ağalarov jurnalistlərə Bakıda 23–26 iyul tarixlərində keçiriləcək “Dream Fest”lə bağlı təfərrüatları açıqlayıb.
Manevr.az-ın məlumatına görə, jurnalistlərlə görüş keçirən Ağalarov bildirib ki, bu il festivalda çıxış edəcək sənətçilərin sayı bir qədər az olacaq. 
Bu qərar tədbirin bir gün azaldılması ilə əlaqədardır və əsas səbəb mürəkkəb logistika məsələləridir.
“Bu dəfə xarici ifaçıların sayını azaltmağa qərar verdik. Onların texniki tələbləri çox olur, dəyişikliklər vaxt alır və bu da festivalın tempinə təsir edir. Bu il festivalı bir səhnə üzərində keçirməyə qərar verdim və həmin səhnə daha böyük olacaq. Bütün çıxışlar bu səhnədə olacaq. Elə sayda sənətçi seçmişik ki, texniki dəyişikliklər zamanı fasilələr minimum olsun”, – deyə Ağalarov bildirib.
O hesab edir ki, bu il festival daha dinamik keçəcək – ifaçılar az olsa da, onların çıxışları daha uzun olacaq. Onlar 2-3 deyil, 4-5 mahnı ifa edəcəklər və bu da konserti daha dolğun edəcək. Məsələn, amerikalı müğənni Nikol Şörzinger tam proqramla çıxış edəcək.
“Festivalda ötən il iştirak etməyən bir çox yeni sənətçi olacaq. Ən əlamətdar tədbirlərdən biri Müslüm Maqomayevə həsr olunmuş axşam olacaq. Dostum və tərəfdaşım Timur Vaynşteynlə konsertin konsepsiyasını müzakirə etmişik. Bu dəfə Maqomayevin mahnılarını gənc ifaçılar səsləndirəcək. Bu, mənim üçün yəqin ki, ən mənalı axşamdır və onu qaçırmaq olmaz”, – deyə o qeyd edib.
Hazırda bir çox ifaçılarla danışıqlar aparılır. Onlardan biri – Elvis Preslinin dul xanımı, aktrisa Prissilla Preslidir. Əgər o razılaşsa, Sea Breeze-dəki Şöhrət xiyabanında Elvis Preslinin adına ulduzun qoyulması mərasimində iştirak edəcək.
Ağalarov bildirib ki, ötən il təşkilatçılar festivala 8 milyon dollardan artıq pul ayırmağı planlaşdırırdı, lakin nəticədə büdcə 14,5 milyon dollara çatıb. Gözlənilməz xərclər səbəbindən layihə zərərə uğrayıb. Buna görə də festivalı bir gün azaltmaq qərarına gəliblər. Hər günün yalnız prodakşn hissəsi təxminən 1,5 milyon dollara başa gəlir.
“Əsas xərclər səhnə avadanlıqları, səs, işıq, logistika və personal ilə bağlıdır. Bir günü ixtisar etməklə bu xərclər bir qədər azalacaq. Amma buna baxmayaraq, festival yenə də zərərli olacaq. Bu layihə Sea Breeze-in tanınması və populyarlaşması üçün güclü bir alətdir. İnsanlar dünyanın müxtəlif yerlərindən Bakıya gəlir, bəziləri buranı bəyənib burada mənzil alırlar”, - deyə o izah edib.(Olay)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar