Xəbər lenti
Hüseyn Həsənov 21 milyonluq iddia üzrə barışıq sazişi imzaladı

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloger Hüseyn Həsənov prodüser agentliyi olan "İnsayt lyudi" ilə 21 milyon rubl (təxminən 414 min manat) məbləğindəki mübahisəni nizama salıb.
Manevr.az xəbər verir ki, bu barədə onun vəkili Dmitri Kozaykin gazeta.ru-ya açıqlamasında bildirib.
"Biz mübahisəni nizama saldıq, onlarla barışıq sazişi imzaladıq və sənəd artıq məhkəmədədir. Bütün əsaslar var ki, bu barışıq sazişi 2025-ci il iyulun 4-də məhkəmə tərəfindən təsdiqlənəcək", deyə Kozaykin qeyd edib.
Vəkil həmçinin bildirib ki, blogerin vergi borcu yoxdur:
"Hüseynin vergi borcunun olmaması həqiqətdir. İnternetin Təhlükəsizliyi Liqasının rəhbəri Yekaterina Mizulina yalnız sözlə bunun əksini deyir, lakin Hüseynin vergi borcu olması ilə bağlı fikirlərini heç bir sənədlə sübut etmir. Biz Hüseynin borcunun olmamasını təsdiq edən aktual arayış alacağıq ki, bu cür əsassız ittihamlar bir daha təkrar olunmasın".
Qeyd edək ki, mayın 19-da "KP-Peterburq" nəşri "İnsayt lyudi" prodüser agentliyinin arbitraj məhkəməsinə müraciət edərək Hüseyn Həsənovdan 21 milyon rubl tələb etdiyini xəbər vermişdi.
Bundan bir neçə gün əvvəl, mayın 14-də bloger barəsində axtarış elan olunmuş, ona qarşı xüsusilə böyük məbləğdə vəsaitlərin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılmışdı./qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar