Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İran təklif etdi ki, edam kəndirini mən çəkim... - Orxanın atası

Tarix: 21-05-2025 12:41     Baxış: 487 A- / A+
İran təklif etdi ki, edam kəndirini mən çəkim... - Orxanın atası
Bu hadisəni iki ildir gözləyirdik. Çünki oğlumun qatilinin həyatda olması bizim üçün ən ağır cəza idi. Mən özümü bağışlaya bilmirdim ki, övladımın qatili sağ-salamatdır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Azərbaycanın İrandakı səfirliyinə terror hücum zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov hücum edən Yasin Hüseynzadənin bu gün edam olunmasına münasibət bildirərkən deyib.
Rizvan Əsgərov bildirib ki, bu gün həmin şəxs öz layiqli cəzasını alıb:
“Bu, həm mənim, həm də ailə üzvlərimizin bir qədər təskinlik tapmasına səbəb oldu. Nəhayət, oğlumun qatili layiq olduğu cəzanı aldı. Bu cəzanın verilməsində, edamın həyata keçirilməsində, günahkarın cəzalandırılmasında ölkə rəhbərliyinə, hörmətli Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Onun qəti tələbi olmasaydı, İran bu məsələni uzatmaqda davam edəcəkdi. Məhz onun tələbindən sonra edam hökmü icra olundu”.
O qeyd edib ki, proseslə bağlı daim məlumatlı olub:
“Edamın nə vaxt həyata keçiriləcəyini bilirdim. Sadəcə, elə informasiyalar var ki, onu əvvəlcədən bölüşmək mümkün olmur. Edamda iştirakla bağlı isə belə bir məsələ qaldırıldı ki, gərək atası kəndiri çəksin. Amma Azərbaycanda ölüm hökmü yoxdur və bir Azərbaycan vətəndaşının gedib başqa ölkənin vətəndaşının ölüm hökmünü icra etməsi qanuna ziddir. Sonradan məsələ İran tərəfi ilə müzakirə olundu, səfirliyimizin nümayəndələri və bizim tərəfimizdən vəkil iştirak etdi. Əmin olduq ki, həmin terrorçu öz layiqli cəzasını aldı”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar