Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Abşeronda qadının pansionatdan çıxarılma səbəbi açıqlandı - FOTO

Tarix: 19-05-2025 20:39     Baxış: 392 A- / A+

Abşeron rayonu, Məmmədli kəndi ərazisində qadının pansionatdan çıxarılma səbəbi məlum olub.
Manevr.az bildirir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl sığınacağa yerləşdirilən Güləbətin Əlosman qızı Zəkiyevanın hepatit C nəticəsinin müsbət olduğu müəyyən edilib:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin xidmətlərindən çətin həyat şəraiti ilə üzləşən vətəndaşlar qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər.
Müəssisəyə qəbul olunan şəxslər burada 180 gün (6 ay) ərzində qida, yaşayış və geyimlə təmin edilirlər.
Güləbətin Əlosman qızı Zəkiyeva da 10.09.2021-ci il tarixində müəssisəyə yerləşdirilib və həyat şəraiti nəzərə alınaraq uzun müddət burada yaşayıb. Vətəndaş 18.08.2024-cü ildə öz ərizəsi əsasında sığınacaqdan çıxıb. Daha sonra, 28.01.2025-ci ildə yenidən qəbul edilib və dövlət qayğısı ilə təmin olunub.
Müəssisədə aparılan müntəzəm tibbi yoxlamalar zamanı Güləbətin Zəkiyevanın hepatit C xəstəliyinə yoluxduğu müəyyən edilib. Digər sakinlərin sağlamlığı üçün təhlükə yaranmaması məqsədilə, daxili nizam-intizam qaydalarına əsasən onun sığınacaqda qalma müddəti məhdudlaşdırılıb.
Onunla profilaktik söhbət aparılıb və müvafiq tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunub.
Qeyd edilib ki, Zəkiyevanın yaxın qohumları dəfələrlə onu ata evinə aparmaq istəsələr də, o bu təklifdən imtina edib", - cavabda qeyd olunub.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar