Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Evinizdəki bu köhnə əşyalarda sərvət yatır – İÇİNDƏ QIZIL VAR/ FOTO

Tarix: 19-05-2025 09:45     Baxış: 3137 A- / A+
İllər öncə bahalı qiymətə alınan elektron cihazlar istifadəyə yararsız hala düşdükdə çox vaxt düşünmədən tullayırıq. Lakin bu, ciddi maliyyə itkisinə səbəb ola bilər.
Türkiyə mediası xəbər verir ki, bir çox elektronik cihazda dəyəri kifayət qədər yüksək olan 22 əyar qızıl tapmaq mümkündür.
Adətən elektronika deyəndə ilk ağla gələnlər mobil telefon, kompüter və televizor olur. Lakin tərkibində qızıl olan cihazlar bunlarla məhdudlaşmır – soyuducu, paltaryuyan, qabyuyan, fen, uzaqdan idarəetmə pultları və audio sistemlər də bu siyahıya daxildir.
Xüsusilə ana platalar, yəni cihazların əsas idarəetmə lövhələri az miqdarda olsa da, qızıl ehtiva edir. Bu hissələrdən qızılı əl üsulu ilə çıxarmaq çətin olsa da, təkrar emal müəssisələri vasitəsilə bu proses həyata keçirilə bilər.
Ekspertlər bildirirlər ki, bəzi xırdavatçı və elektronik hissə toplayıcıları bu cihazları alaraq, qızıl hissələri ayırır və bununla yüksək gəlir əldə edirlər.
Əgər evinizdə artıq işləməyən cihazlar varsa, onları tullamaq əvəzinə, təkrar emal mərkəzlərinə vermək həm ətraf mühitə faydalı olar, həm də sizə maddi qazanc gətirə bilər.musavat.com 

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar