Xəbər lenti
Hüseyn Həsənov cinayət işindən öncə buna cəhd edib

Manevr.az Oxu.az-a istinadla xəbər verir ki, o, Rusiyanı tərk etdikdən sonra parkinq yeri olan mənzilini ayda 749 min rubla (1600 manata yaxın - red.) icarəyə verib.
Vergi problemləri ilə bağlı xəbərlərdən sonra bloger mənzili 100 milyon rubla (iki milyon manatdan çox - red.) satışa çıxarıb.
H.Həsənov daşınmaz əmlaka alıcı tapa bilməyib, lakin "Rolls-Royce Cullinan" markalı avtomobilini satıb. Blogerin 124 kvadratmetr sahəsi olan üç otaqlı mənzili "Moskva-Siti" ərazisində yerləşir.
Xatırladaq ki, Rusiyada H.Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Blogeri 7 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar