Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sabah muzeylərdə "açıq qapı" günüdür

Tarix: 17-05-2025 17:42     Baxış: 3280 A- / A+
Sabah muzeylərdə "açıq qapı" günüdür
Sabah 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə "açıq qapı" günü olacaq.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmçinin mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı olacaq.
Əzim Əzimzadənin Mənzil-Muzeyi və Məmməd Səid Ordubadinin Xatirə Muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq. “Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin Mənzil-Muzeyində açıq havada ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar