Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Trampla Melaniya boşanıb?

Tarix: 16-05-2025 21:49     Baxış: 4122 A- / A+

Nadir hallarda ictimaiyyət qarşısına çıxan Melaniyanın ABŞ prezidenti Donald Trampla evliliyinin bitməsi barədə sensasiyalı xəbər yayılıb.
Xarici mətbuat xəbər verir ki, bu barədə bioqraf Maykl Volf iddia irəli sürüb. O, bildirib ki, Prezident və birinci xanım faktiki olaraq "ayrılıblar" və ayrı yaşayırlar.
Volf daha öncə Tramp haqqında bir neçə kitab da yazıb.
"Bu cütlük bizim evliliyi anladığımız kimi yaşamır", - Volf "The Daily Beast" podkastında deyib. "Əslində, çox aydın şəkildə deyə bilərəm ki, onlar ayrı həyat yaşayırlar. ABŞ prezidenti və birinci xanım ayrılıblar".
İddia olunur ki, Melaniya Tramp andiçmə mərasimindən sonra Ağ evdə iki həftədən az müddətdə qalıb. Əri ilə birgə bir neçə tədbirə qatılıb.
Ən diqqətçəkənləri isə Papa Fransiskin dəfn mərasimi və Ağ evdə keçirilən ənənəvi Pasxa tədbiri olub. 
Ağ Evin kommunikasiya direktoru Stiven Çunq yayılan xəbərə sərt reaksiya verib:
"Volf "reallıqla əlaqəsi olmayan bədbəxt"dir".
1995-ci ildə Milanda keçmiş model Melaniyanı Trampla tanış edən keçmiş model agentliyinin sahibi Paolo Zampolli isə məsələyə belə reaksiya verib:
"Melaniya Ağ evi sevir və birinci xanım olmaqdan qürur duyur".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar