Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

Tarix: 16-05-2025 10:29     Baxış: 4126 A- / A+


İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?
Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “Brokoli və kahı” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib. Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.  
Faktla bağlı araşdırma aparılır.
İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar