Xəbər lenti
Bu il sərnişin daşınmaları 16%-dən çox artıb
Azərbaycan Dəmir Yolları QSC (ADY) bu ilin yanvar-aprel aylarında 2 milyon 979 min 167 sərnişin daşıyıb.Manevr.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 412 min 949 sərnişin və ya 16,1% çoxdur.
Bu müddət ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 2 milyon 820 min 738 sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrünün nəticələri ilə müqayisədə 373 min 168 sərnişin və ya 15,2% çoxdur.
Bu ilin yanvar-aprel aylarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə 123 min 89 sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 849 sərnişin və ya 18,1% çoxdur.
Bu ilin ilk dörd ayında Bakı-Qəbələ-Bakı marşrutu üzrə 11 min 909 sərnişin daşınıb ki, bu da 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 2 499 sərnişin və ya 17,3% azdır.
O cümlədən, bu il qatarla səfər etmiş xarici turistlərin sayı 2 035 sərnişin və ya 33% artaraq 8 281 nəfər olub.
Hesabat dövründə Bakı-Balakən-Bakı marşrutu üzrə 23 min 431 sərnişin daşınıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































