Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakının bu ərazisində evlər su qiymətinədir – Bahalaşacaq

Tarix: 14-05-2025 22:13     Baxış: 4102 A- / A+

Bir çox "makler" Bakının Xətai rayonu NZS qəsəbəsində yerləşən həyət evlərinin su qiymətinə ucuzlaşdığını bildirib.
Həmin ərazidə metro çəkilişi olduğuna görə, yaxın gələcəkdə evlərin bahalaşacağı qeyd olunub.

Manevr.az bildirir ki, məsələ ilə bağlı tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadovun sözlərinə görə, çəkiləcək yeni metro stansiyası NZS tərəfə düşür, ikinci hissəsi isə "Maşın bazarı" tərəfdə olacaq.
Ekspert bildirib ki, metro tikintisi 10 ildən az çəkmir. Ümumilikdə Bakı- Ağ şəhər layihəsi 1-ci mərhələdə 221 hektardan ibarətdir. 2-ci mərhələsi isə artıq 1500 hektardan çoxdur. Bir hissəsi isə indiki Zığ istiqamətinə kimi gedib çıxır.
"Ərazi olduqca böyükdür. Gələcəkdə NZS qəsəbəsinin tam yenilənməsi planı var. Orada olan yaşayış fondu söküləcək. Onun yerində isə Ağ şəhər davam edəcək. 1-ci mərhələnin ərsəyə gəlməsi üçün təxminən 15 il vaxt sərf olundu. Hələ tam bitməyib. 1500 hektarlıq 2-ci mərhələ isə mənim fikrimcə buna yarım əsrdən çox vaxt lazımdır. Ən azı 30-40 il vaxt lazımdır. Bu baxımdan da NZS qəsəbəsinin sökülməsi, köçürülməsi, Ağ şəhər layihəsinə qatılması üçün çox uzun vaxt lazımdır. NZS qəsəbəsindəki yaşayış fondunun qeyri-leqal şəkildə tikilməsidir. Ona görə ki, Sovet hökuməti vaxtı, şəhər planlanmasında yaşayış üçün nəzərdə tutulmamış, sənaye ərazisi idi. Köhnə Ağ şəhər ərazisi də sənaye zonası olubdur. Orada tikilmiş evlərin 90-95 faizi qeyri-leqaldır. Orada iki və üç mərtəbəli evlər də var. O evlər də 30-cu, 40-cı illərə kimi tikilibdir. Məktəb, polikilinla, digər xidmət göstərən sahələr ümumilikdə Sovet hökuməti vaxtında və sonrakı dövrlərdə yaşayış üçün nəzərdə tutulmamışdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar