Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

Tarix: 14-05-2025 16:17     Baxış: 3104 A- / A+
İcra başçısının müavini 11 ay sonra işdən çıxdı
İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən ayrılıb.
Manevr.az xəbər verir ki, bu barədə Ruslan Eldaroğlu özü məlumat yayıb.
O, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aprelin 1-dən İmişli RİH başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad olunduğunu bildirib.
Qeyd edək ki, tanınmış jurnalist olan R.Məmmədov "ANS TV" və "Avto FM" radiosunda bir sıra vəzifələrdə işləyib. O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.
Ruslan Məmmədov 2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar