Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni Hərbi prokuror kollektivə təqdim edildi - FOTO

Tarix: 14-05-2025 14:47     Baxış: 395 A- / A+


Prezident İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilmiş Bəhruz Əhmədov, Baş prokuror Kamran Əliyev tərəfindən Hərbi Prokurorluğun kollektivinə təqdim edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev, prokurorluq orqanlarına göstərilən yüksək etimada, daima olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mütərəqqi nəticələrini qeyd edib, bu islahatların prokurorluq orqanlarında daha da dərinləşdiyini və prokurorluq fəaliyyətinin təkmilləşdiyini vurğulayıb.
Baş prokuror, həmçinin Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlərin icrasının davam etdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədilə zəruri tədbirlərin görülməsi, Konstitusiya və qanunlarla nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsi, eləcə də bu sahədə digər dövlət qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Bundan sonra çıxış edən Hərbi prokuror Bəhruz Əhmədov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qanunla Hərbi Prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin layiqli şəkildə icra ediləcəyinə əminliyini bildirib. Hərbi Prokurorluğun bundan sonra da dövlətimiz və xalqımıza sədaqət və məsuliyyətlə xidmət edəcəyini deyib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar