Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakının bu qəsəbəsinə, nə təcili-yardım maşını gedə bilir, nə də taksi -VİDEO

Tarix: 14-05-2025 10:39     Baxış: 393 A- / A+


Bakının bu qəsəbəsinə, nə təcili-yardım  maşını gedə bilir, nə də taksi -VİDEO
“Bura Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsidir. Paytaxtın mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşməsinə baxmayaraq, burada illərdir ki, işıqlandırma və yol problemi sakinləri narahat edir.”
Manevr.az xəbər verir ki, bu sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:  
- Xatırladaq ki, əvvəlcə sahibsiz itlərlə bağlı problemlərini işıqlandırdığımız Zabrat sakinləri yaşadıqları ərazidəki problemlərdən cana gəliblər. Qəsəbənin içəri küçələrində asfalt örtüyü ya yoxdur, ya da uzun illərdir təmir olunmayıb. Yağışlı havalarda yollar keçilməz hala gəlir, palçıq və gölməçələr piyadaların və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Ancaq tək problem bu deyil, sakinlər gecələr küçələrdə hökm sürən qaranlıqdan da narazıdırlar.
Şikayətçi Zöhrab Orucov belə deyir:
“Öz vəsaitimizlə yolları neçə dəfə düzəltmişik. Güclü yağış nəticəsində yollarımız yenə bərbad vəziyyətə düşüb. Hətta avtobuslar belə girmirlər bura. Xahiş, minnətlə onların yollarını salırıq bura. Yəni uşaqlarımız məktəbə gedə bilmir. Təcili yardım maşın girmir bura. Hamısı tanıyırlar buranı. Taksiyə zəng edirik, taksi də gəlmir. Yəni vəziyyətimiz budur da, yolla işıq barəsində çox əziyyət çəkirik. Gecə işıqlar yanmır”.
Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar