Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Avtobus və metroda gedişhaqqı yeniliyi – Qiymət dəyişir?

Tarix: 13-05-2025 10:54     Baxış: 385 A- / A+

Avtobus və metroda gedişhaqqı yeniliyi – Qiymət dəyişir?

Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş gedişhaqqı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi vətəndaşlar gedişhaqqının azaldılmasını, bəziləri isə güzəştlərin tətbiqini təklif edir. 
 Manevr.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu barədə aidiyyəti qurumlar tərəfindən dəfələrlə məsələ qaldırılıb:
“Lakin onlar mövcud gedişhaqqının çəkilən xərclərə adekvat olmadığını bildirirlər. Məsələn, bəzi şirkətlər hesablamalarına əsasən, bir sərnişini yeni avtobusla daşımağın 0,85 AZN-ə başa gəldiyini deyir. Amma ödəniş 0,50 AZN-dir. Gözləyirlər ki, dövlət dotasiya ayırsın, onlara dəyən zərər ödənilsin. Paralel olaraq, hökumət də sahibkarın ziyanını qarşılamağa çalışır. Əvvəl 20-30 min manata köhnə avtobuslar gətirirdilər və rahat şəkildə xəttə çıxarırdılar. Bu gün onlar 20 qəpiyə də sərnişin daşısa, özlərinə sərf edir. Amma “Baku Bus” üçün gətirilən avtobusların dəyəri 300-400 min manatdır. Onlar sərnişini necə 30 qəpiyə daşısın? Bunun başqa iqtisadi izahı yoxdur”.
 elmeddin45
 Elməddin Muradlı
 Ekspert bildirib ki, gedişhaqqını dövlət tənzimləyir və bu, 50 qəpik civarında saxlanılır:
“Qalan pulu da dövlət sahibkara digər formada ödəməyə çalışır. Məsələn, subsidiyalar, dotasiyalar və sair ayırır. Gələcəkdə digər güzəştlərin də edilməsi nəzərdə tutulur – bura gedişhaqqı da daxildir. Məsələn, tələbələr, pensiyaçılar, şəhid ailələri, qazilər bu sırada yer alır. Həm də məsafəyə görə gedişhaqqının təyin edilməsi gündəmdədir. Müzakirələrdən sonra dəqiq biləcəyik”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar