Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bu hərbçilərə ev verildi

Tarix: 10-05-2025 11:33     Baxış: 3125 A- / A+


Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib.
Manevr.az Report-a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir.
Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib.
Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə təqdim olunur. Qanunvericiliyə uyğun şəkildə püşkatma yolu ilə və növbəlilik prinsipi əsasında təqdim edilən bu mənzillərin rəsmiləşdirilməsi də dövlət tərəfindən təşkil olunub və artıq çıxarışlar sahiblərinə təqdim edilir.
Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, bu təşəbbüs Azərbaycan Ordusunun və dövlətin hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar