Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu

Tarix: 09-05-2025 16:23     Baxış: 398 A- / A+
Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva "Bakı Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verib.

Manevr.az
"report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Kamilə Əliyeva Ali Məhkəməyə müraciət edərək məktəb binasının yarısının pay sahibi olduğu və üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib.

Onun kassasiya şikayəti icraata verilib. Şikayət hakim Teyyub Muxtarovun icraatına verilib. Kassasiya şikayətinə iyulun 23-də baxılacaq.

Xatırladaq ki, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

Məmmədovun milyonlarla manat dəyərində əmlakı, o cümlədən "Bakı Oksford Məktəbi" də müsadirə olunub. Kamilə Əliyeva məktəb binasının yarısının pay sahibi olduğunu iddia edir.

Məktəb bir müddət əvvəl 18 milyon 527 min 250 manata hərraca çıxarılmışdı.

Kamilə Əliyeva Səbail Rayon Məhkəməsinə müraciət edərək üzərinə qoyulan həbsin götürülməsi və hərracdan çıxarılmasını istəyib. Səbail Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Bakı Apellyasiya Məhkəməsində də sabiq aparat rəhbərinin qızının şikayəti təmin edilməyib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar