Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bolt-dan İlk: Azərbaycanda avtopark menecerləri üçün peşəkar təlim proqramı - FOTO

Tarix: 07-05-2025 21:10     Baxış: 3171 A- / A+

Bolt, taksi sektorunda innovativ texnoloji həllər təqdim edən aparıcı platforma olaraq, Azərbaycanda avtopark menecerləri üçün ilk master klas proqramını uğurla həyata keçirdi. Təlimin məqsədi peşəkar avtoparkların sayını artırmaq, idarəetmə keyfiyyətini yüksəltmək və bilik mübadiləsini təşviq etməkdir.
Manevr.az xəbər verir ki, bu təşəbbüs Bolt-un sistemində və Azərbaycanda ilk belə peşəkar təlim proqramı olmaqla taksi sektorunun strukturlaşdırılması və peşəkarlaşdırılması istiqamətində vacib addımdır.

Təxminən 40 mövcud və gələcək avtopark meneceri günboyu davam edən sessiyalarda iştirak etdi. Tədbirdə avtoparkların idarə olunması, sürücü və avtomobil qeydiyyatı, qanunvericiliyə uyğun fəaliyyət, maliyyə modelləri, sahibkarlara dəstək və Bolt-un təqdim etdiyi texnoloji alətlər kimi mövzular əhatə olundu.

Yeni qanunvericilik və dəyişən tələblər avtopark sahibləri üçün bir sıra çağırışlar yaradıb – o cümlədən sürücülərə nəzarət və proseslərin düzgün şəkildə idarə olunması. Bolt-un məqsədi, qanunvericiliyə bələd və texnologiyaya açıq peşəkar menecerlər formalaşdırmaq və bu sahədə onların inkişafını dəstəkləməkdir.

Tədbirdə hüquqşünaslar, sektor üzrə rəhbərlər və Bolt nümayəndələri iştirak edərək öz təcrübələrini bölüşdülər.
Ramil Məhərrəmov, Bolt-un Əməlliyyatlar üzrə rəhbəri:
Bolt şirkəti Azərbaycanda avtoparkların peşəkar idarə olunmasında sadiq tərəfdaşdır və bu sahədə fəaliyyətini davam etdirir. Azərbaycan bazarı üçün peşəkar avtoparkların və avtopark menecerlərinin sayının artırılmasını dəstəkləyir və gələcəkdə də bu dəstəyi davam etdirəcək. Son məqsədimiz — müştərilərə yüksək keyfiyyətli taksi xidməti göstərən, güclü və dayanıqlı, dövlət qaydalarına uyğun fəaliyyət göstərən taksi sektorunun formalaşmasına mühüm töhfə verməkdir.

Maarifə Paşayeva, Bolt-un Dövlət siyasəti üzrə rəhbəri:
  Peşəkar fəaliyyət göstərmək istəyən hər bir avtopark operatoru ölkədəki qanunvericiliyi dərindən bilməlidir. Bu cür təlimlər həm hüquqi çərçivədə fəaliyyətə kömək edir, həm də sahibkarlarıözlərini qorumasına şərait yaradır.

Həşim Əliyev, avtopark və maliyyə idarəçiliyi üzrə məruzəçi:
  Avtopark idarəçiliyi yalnız nəqliyyat vasitələrinə nəzarətlə məhdudlaşmır. Davamlılıüçün effektiv maliyyə modeli və strateji planlama əsas şərtlərdir.
İştirakçılar Bolt Drive xidməti və Bolt-un avtoparklara yönəlmiş idarəetmə portalı ilə tanış oldular. Təlim həm nəzəri, həm də praktiki bilikləri əhatə etdi.
Günün sonunda iştirakçılar üçün qiymətləndirmə imtahanı keçirildi və nəticələrə əsasən sertifikatlar və xatirə hədiyyələri təqdim olundu.


Bolt haqqında

Bolt sərnişin daşımalarını texnologiya vasitəsilə birləşdirən aparıcı platformadır. Şirkət birbaşa nəqliyyat xidməti göstərmədən, fiziki şəxsləri və avtoparkları sərnişinlərlə əlaqələndirir. Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən Bolt təhlükəsizlik, şəffaflıq və innovasiyaya verdiyi önəmlə seçilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar