Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində uduzdu

Tarix: 07-05-2025 12:55     Baxış: 4108 A- / A+
Şərurlu İsfəndiyar 1 milyon dollarlıq məhkəmə işində uduzdu
İş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə "Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.

Manevr.az
-ın məlumatına görə, iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul verib. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib. Axırıncı dəfə 2023-cü il 4 noyabr tarixində cavabdehə onun satış üzrə meneceri vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini verib. Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında ("Azadlıq” metrostansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.

Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25.000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.
"Azadlıq” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzini başqasına satdıqdan sonra cavabdeh iddiaçıya  həmin əraziyə yaxın "Red Plaza” adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib. 2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələyə dair son müzakirə olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.

Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.

Qeyd edək ki, "Şərur” MTK məşhur iş adamı, qeyri-rəsmi milyarder, "Şərurulu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova məxsusdur.modern.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar