Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Əsas istəyi məni evləndirməkdir"

Tarix: 06-05-2025 17:20     Baxış: 4100 A- / A+


"Lalə xanımın səhhətində hər hansı bir dəyişiklik yoxdur. Vəziyyəti stabildir. Ev şəraitində müayinələri davam edir. Həkimlər də evə gəlib, onun səhhətini yoxlayırlar".

Manevr.az
bildirir ki, bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş Dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət anasının son durumu ilə bağlı danışarkən deyib.

"Lalə xanım bağdadır, nitqində və hərəkət qabiliyyətində hər hansı dəyişiklik yoxdur. Onun əsas problemi ürəkdir. Bu yaxınlarda ətraflı müayinədən keçib. İndi öz həkimlərinin nəzarətindədir. Hər şey yaxşıdır. O daha çox gününü fəlsəfi kitablar oxumaqla keçirir. Sözsüz ki, siyasi prosesləri də izləyir. Söhbət edəndə yalnız bir şeyi vurğulayır ki, mən evlənim. Mənə ayrı sözü yoxdur. Bu isə qismətdir, məndən asılı deyil”.

Xatırladaq ki, Lalə Şövkət 2021-ci ildə infarkt keçirib, ürək əməliyyatı olmuşdu.

1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Dövlət katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar