Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda tanınmış həkim odlu silahlarla tutuldu - Evindən yüzlərlə patron, “beşbarmaq” çıxdı

Tarix: 05-05-2025 14:40     Baxış: 398 A- / A+
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edilib. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və azadlığa buraxılıb.
Manevr.az-ın musavat.com-a istinadən məlumatına görə, 49 yaşlı Elnur Həsənov “Fairmont” hotelə bərbərə gedən zaman saxlanılıb.
Belə ki, həmin zaman ölkədə COP29 layihəsi çərçivəsində Daxili Qoşunların əməkdaşları hotelin girişində onun avtomobilini yoxlayıblar. Onun avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança aşkar edilib.
Maşının yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşyalar aşkar edilib. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib. Bu zaman isə xeyli sayda silah-sursat aşkar edilib.
Onun evinə baxış keçirilən zaman 9 ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 4 ədəd ov silahı və “beşbarmaq” aşkar edilib.
Elnur Həsənov ov həvəskarı olub. Onun sözlərinə görə, gümüşü tapançanı parkda gəzən zamanı tapıb. Onun digər silahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyən edilib.
Qeyd edək ki, Həsənov həbs edildiyi gündən sonra uzun müddət işə getmədiyi üçün işdən azad edilib.
Elnur Həsənov istintaq zamanı 5 aydan artıq həbsdə qalıb. Məhkəmə onu törətdiyi əməllərdə təqsirli bilib və barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Həbsdən azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
Elnur Həsənov Musavat.com-a açıqlamasında evindən çıxan silahları ova olan marağına görə əldə etdiyini deyib.
Hazırda evdə olduğunu bildirən həkim əlavə açıqlama vermək istəməyib:
“Hazırda özümə gəlməyə çalışıram”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar